Nardaranda "Beynül-Hərəmeyn" meydanının açılış mərasimi keçirilib
Okt 11, 2015 12:24 Asia/Baku
-
Nardaranda "Beynül-Hərəmeyn" meydanının açılış mərasimi keçirilib
Məhərrəm ayının gəlib çatması münasibətilə Bakının Nardaran qəsəbəsində simvolik bir hərəkətdə, Kərbəlanı xatırladan "Beynül-Hərəmeyn" meydanının açılış mərasimi keçirilib.
Bu meydan Nardaran qəsəbəsinin mərkəzində, İmam H üseyn(ə) və Həzrət Əbülfəzl(ə) meydanları arasında, İmam Rza(ə)-ın əziz bacısı Bibi Rəhimənin(s.ə) ziyarətgahına gedən yolun üstündə yerləşir.Simvolik xarakter daşıyan bu meydanın açılış mərasimi yağışlı bir havada baş tutsa da, kənd əhalisi və mömin insanlar onda geniş iştiraka malik olublar.
Bu mərasimdə iştirak edənlər Kərbəla şəhidlərinə olan sevgi və məhəbbətlərini bəyan etməklə yanaşı, Sovet İttifaqı dönəmində İslam yolunda mübarizə aparmış alimlərin xatirəsini də yad ediblər.
Teqlər