Ankara partlayışına görə bir azərbaycanlı axtarışa verildi
Okt 14, 2015 14:02 Asia/Baku
-
Ankara partlayışına görə bir azərbaycanlı axtarışa verildi
Türkiyədə törədilən 10 oktyabr terrorundan sonra uzun müddətdir axtarılan İŞİD qruplaşmasının 21 üzvünün adı yenidən gündəmə gəlib.
Ankarada gerçəkləşdirilən və 97 nəfərin ölümü ilə nəticələnən bombalı hücumun ardından diqqətlər 21 yaraqlının siyahısına yönəlib.Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, 6-sı qadın olan və "canlı bomba" kimi hərəkəti edə biləcək terrorçuların siyahısında 1 azərbaycanlı da var. Bu, Türkiyədə axtarışa verilən Ülkər Məmmədovadır. Kəşfiyyat xidmətinin məlumatında qeyd edilir ki, "canlı bomba" kimi hərəkət edə biləcək 21 terrorçu üçün təhlükəsizlik qüvvələri axtarışları gücləndirib.