Nardaranda Hüseyn (ə) südəmərləri mərasimi keçirilib
Okt 16, 2015 15:35 Asia/Baku
-
Nardaranda Hüseyn (ə) südəmərləri mərasimi keçirilib
Bakının Nardaran qəsəbəsində bir qrup ana öz körpələri ilə birlikdə Həzrət Əli Əsğərin (ə) xatirəsinə Hüseyn (ə) südəmərləri əzadarlıq mərasimində əzadarlıq ediblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu mərasimdə körpələri və uşaqlarına qara və yaşıl paltar geyindirərək və İmam Hüseyn (ə), Əli Əsğər (ə) və Həzrət Zeynəbin (s.ə) mübarək adları yazılmış bantları başlarına bağlayaraq Kərbəla səhrasının məsum körpələrinin xatirəsinə lay-lay deyib, göz yaşı axıdıb və İslam dininin təlimlərinə əsasən öz övladlarını tərbiyə etməklə Hüseynin qırmızı hərəkatının davam etdirilməsini vurğulayıblar.Bu mərasimin təşkilatçısı deyib: 5 ildir ki, biz Bakının Nardaran qəsəbəsində Məhərrəm ayının ilk cümə günündə Beynəlxalq Südəmərlər Əzadarlıq Mərasimi ilə eyni vaxtda bu mərasimi keçirir və bu işlə Əli Əsğərin (ə) dilindən dünyaya bildirmək istəyirik ki, islam təhlükədə olarsa, biz də kiçik, böyük, hətta bir neçə aylıq uşaqları islama təqdim edirik.
Onlar əlavə ediblər: Hazırda islam ölkələrində çoxlu Əli Əsğərlər anası, çoxlu analar da Əli Əsğərsiz qalıblar. Biz bu gün onların məzlumluğunu uca səslə fəryad edir və dünyaya elan ediri ki, son damla qanımıza qədər Hüseynçiyik.
Teqlər