İŞİD-ə qoşulan azərbaycanlı ailə Suriyada öldürüldü
Okt 17, 2015 13:13 Asia/Baku
-
İŞİD-ə qoşulan azərbaycanlı ailə Suriyada öldürüldü
İŞİD mövqelərinə endirilən zərbələr zamanı 2 azərbaycanlı ailənin üzvləri uşaqlarla birlikdə ölüb.
Bombardmançıların Suriyanın Deyr əz-Zor əyalətində İŞİD mövqelərinə endirdiyi zərbələr zamanı 8 azərbaycanlı ölüb."virtual.az" xəbər verir ki, bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endiriblər. Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir. Aviazərbələri hansı ölkənin aviasiyasının endirdiyi məlum deyil. Məlum olduğu kimi, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin bir çoxu öz ailələrini, o cümlədən azyaşlı uşaqlarını da özləri ilə aparırlar.
Digər bir xəbərə görə, Ankarada terrorda şübhəli bilinən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olduğu təsdiqlənib. Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib.
Oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100- dən çox insan ölüb, yüzlərlə şəxs yaralanıb.