Azərbaycan milli təhlükəsizlik nazirinin tutduğu vəzifədən azad edilməsi - Təhlil
Okt 18, 2015 12:39 Asia/Baku
-
Azərbaycan milli təhlükəsizlik nazirinin tutduğu vəzifədən azad edilməsi - Təhlil
Azərbaycan Respublikası prezidenti bu ölkənin milli təhlükəsizlik nazirini tutduğu vəzifədən azad edib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə İlham Əliyev bir fərmanda bu ölkənin təhlükəsizlik naziri Eldar Mahmudovu tutduğu vəzifədən kənarlaşdırıb. Prezidentin fərmanında sadəcə Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi əmri yer alır və bu qərarın səbəblərinə heç bir işarə edilmir.Bir çox analitik Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan hökuməti üçün regional və beynəlxalq müstəvidə problemlər yaratmasını Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsinin səbəbləri sırasında görürlər. Həmçinin, analitiklər hakimiyyət daxilində aparılan dəyişiklikləri, hakimiyyətin siyasət kursunun dəyişməsi ilə də əlaqələndirirlər. Belə ki, rəsmi Bakının son zamanlar Rusiyaya yaxınlaşmağa başlaması hakimiyyət daxilində bəzi dəyişikliklərin aparılmasını zəruri edib. Elə buna görədir ki, bəzi nazirliklərdə ciddi islahatların aparılması qaçılmaz görünür.
Bu arada xatırlatmaq lazımdır ki, Eldar Mahmudov prezident İlham Əliyev ilə çox yaxın şəxsi münasibətlərə malik bir şəxsdir və onunla bir sinifdə oxuyub. O, prezident İlham Əliyevin özü ilə prezident sarayına gətirdiyi ilk nazir idi. Əslində, İlham Əliyev 2003-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin canişini seçildiyi zaman, atasının daxili və xarici siyasət kursunu davam etdirəcəyini bildirmişdi. Və Eldar Mahmudov Nazirlər Kabinetinə edilən yeganə dəyişiklik sayəsində sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun yerini tutdu. Amma, belə nəzərə gəlir ki, hazırda İlham Əliyev öz ilk nazirini tutduğu vəzifədən azad etməklə, son zamanlar sürətlə dəyişməkdə olan regional hadisələrə nəzarəti və təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüskarlığı şəxsən ələ almaq qərarına gəlib.
Teqlər