Bakıda "Ələmdar" simfonik poeması icra olunacaq
Okt 19, 2015 10:41 Asia/Baku
-
Bakıda "Ələmdar" simfonik poeması icra olunacaq
Oktyabrın 25-i, məhərrəm ayının on birində Bakıda Həzrət Əbulfəzl(ə)-ə ithaf olunmuş "Ələmdar" simfonik poeması icra olunacaq.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi bu xəbəhri verərək, deyib: İranlı sənətçi Purya Xadimin "Ey hərəm əhli, Ələmdar ağa gəlmədi" məzmunlu bu əsəri Azərbaycan Respublikası simfonik orkestrinin rəhbəri Rauf Abdullayevin rəhbərliyi altında Bakı Filarmoniyasınn böyük zalında icra olunacaq və onun icrasında yüzdən çox sənətçi ifaçılıq edəcək.İbrahimi bildirib: İlk dəfədir ki, Bakıda Bəni Haşim tayfasının parlaq ulduzu Həzrəti Əbulfəzl(ə)-ın və Kərbəla şəhidlərinin vəsfində mərsiyyə simfonik poeması icra olunur. O, deyib: Proqnoz edilir ki, bu sənət əsərinin icrası xalqın geniş rəğbəti ilə üzləşəcək və Bakının digər zallarında da icra ediləcək.
Qeyd edək ki, simfonik poema simfonik ortestr üçün yazılan bir musiqi əsəridir və onda, bəstəkar musiqi ətrafındakı ideyalardan və adətən şairanə ideyalardan ilham alır.
Teqlər