Azərbaycan Respublikasının məscidləri və dini məkanlarını İmam Hüseyn(ə) şövqü bürüyüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i198678-azərbaycan_respublikasının_məscidləri_və_dini_məkanlarını_İmam_hüseyn(ə)_şövqü_bürüyüb
İmam Hüseyn(ə) Tasuası və Aşurasının yaxınlaşması ilə İmam Hüseyn(ə) şövqü Azərbaycan Respublikasının məscidləri və dini məkanlarını bürüyür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2015 14:38 Asia/Baku
  • Azərbaycan Respublikasının məscidləri və dini məkanlarını İmam Hüseyn(ə) şövqü bürüyüb
    Azərbaycan Respublikasının məscidləri və dini məkanlarını İmam Hüseyn(ə) şövqü bürüyüb

İmam Hüseyn(ə) Tasuası və Aşurasının yaxınlaşması ilə İmam Hüseyn(ə) şövqü Azərbaycan Respublikasının məscidləri və dini məkanlarını bürüyür.

Azərbaycan Respublikasında Aşura məktəbinin vurğunları hər gecə öncəki gecədən daha şövqlü surətdə məscidlər və dini məkanlarda əzəmətli şəkildə əzadarlıq mərasimləri keçirir və Kərbəla çölünün qürub etməz günəşi olan Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin xatirəsinə başları və sinələrinə vurur, göz yaşları axıdırlar.
İmam Musa Kazim(ə)-in qızı Rəhimə Xatun(s.ə)-nın ziyarətgahı, Həzrəti Zəhra(s.ə.) məscidi, Təzə Pir və Məşhədi Dadaş məscidləri, Göy məscid və Hacı Cavad məscidi əzadarlıqların özünəxas əzəmətlə keçirildiyi Bakının dini məkanlarındandırlar. Natiqlər də Aşura qiyamının fəlsəfəsi barədə çıxışlar edirlər.
Azərbaycan Respublikasında İmam Hüseyn(ə) Tasuası və Aşurası günlərində Şəhidlər Ağası(ə)-ın vurğunlarının əzadarlıqları özünün kulminasiya nöqtəsinə çatacaq və səfər ayının sonunadək davam edəcək.