İran ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın prioritetlərindən biridir
Okt 20, 2015 11:42 Asia/Baku
-
İran ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın prioritetlərindən biridir
Azərbaycan prezidenti İran İslam Respublikası ilə münasibətlərin möhkəmləndirilməsini ölkəsinin əsas prioritetlərindən adlandırıb.
Azərbaycan prezidenti İlham Əliyev Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadəni qəbulu zamanı iki ölkənin ötən illərdə malik olduqları yaxşı əlaqələrə işarə edərək, deyib: Qonşu ölkələr xüsusilə də İran İslam Respublikası ilə əlaqələr və münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın əsas prioritetlərindən biri olub və ötən illər ərzində iki ölkə başçıları arasında bir neçə dəfə görüşün baş tutması habelə, siyasi, iqtisadi, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıqların genişləndirilməsi, hər iki tərəfin münasibətlərin möhkəmləndirilməsində güclü iradəyə malik olmasının nişanəsidir.İlham Əliyev enerji sektorunda iki ölkə arasındakı əməkdaşlıqların genişlənməsinə işarə edərək, səhiyyə sahəsində də əlaqələrin inkişaf etdirilməsini müsbət qarşılayıb və deyib: Hər il çoxlu sayda Azərbaycan vətəndaşı müalicə olunmaq üçün İrana müraciət edir.
Azərbaycan prezidenti Qərb dövlətlərinin region ölkələrinin daxili işlərinə müdaxiləsini də tənqid və ölkəsinin digər ölkələrin daxili işlərinə müdaxilənin edilməməsi siyasətini dəstəklədiyini bildirib.
Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə də bu görüşdə Azərbaycana olan səfərindən razılıq edib və İran prezidenti cənab Həsən Ruhaninin səmimi salamlarını İlham Əliyevin diqqətinə çatdıraraq, iki ölkə arasındakı tarixi, mədəni və dini ortaqlıqlara toxunub.
İ.Cabbarzadə daha sonra, ötən illər ərzində iki ölkə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğuna işarə edərək, bunu İran və Azərbaycan rəsmilərinin əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üzrə malik olduqları iradənin nişanəsi adlandırıb.
Şərqi Azərbaycan vilayətinin valisi daha sonra İlham Əliyevi Təbrizə dəvət edərək, Şərqi Azərbaycan vilayətinin sənaye, iqtisadi, ticarət, turizm və səhiyyə sahələri üzrə potensiallarını şərh edib, ikitərəfli əlaqələrin bütün bu sahələrdə genişləndirilməsini istəyib.
Şərqi Azərbaycan vilayətinin valisi və onu müşayiət edən heyət Azərbaycan Respublikasına olan səfərinin davamında bu ölkənin xarici işlər, iqtisadiyyat və sənaye nazirləri habelə, Bakının meri ilə görüşüb danışıqlar aparıb.
İsmayıl Cabbarzadə daha sonra Gəncə şəhərində olaraq, yerli rəsmilər ilə görüşüb, Gəncənin potensialları ilə yaxından tanış olub.