Azərbaycan Respublikası və Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əlaqələrin inkişafı yolları araşdırılıb
Okt 20, 2015 14:10 Asia/Baku
-
Azərbaycan Respublikası və Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əlaqələrin inkişafı yolları araşdırılıb
Azərbaycan Respublikası və Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əlaqələrin inkişafı yolları bu gün Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri və Şərqi Azərbaycan vilayətinin valisinin iştirakı ilə keçirilən görüşdə araşdırılıb.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan və İran müştərək iqtisadi komissiyasının azərbaycanlı sədri Şahin Mustafayev bu iclasda ikitərəfli əlaqələrin bütün müstəvilərdə xüsusilə də dəmiryolu, gömrük, ticarət və turizm sahələri üzrə inkişaf etdirilməsi üçün görülən işlər barədə danışıb və deyib: Şərqi Azərbaycan İranın inkişaf etmiş vilayətlərindəndir və biz bu vilayət ilə əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsinə hazırıq.Şərqi Azərbaycan vilayətinin valisi Cabbarzad də bu iclasda Şərqi Azərbaycanın kənd təsərrüfatı, ticarət, təhsil və mazut sahəsindəki potensiallarına işarə edərək, hər iki tərəfin bu imkanlardan faydalana bilməsi üçün proqramın hazırlanmasını istəyib.
Tərəflər bu iclasda iki ölkənin müştərək komissiyalarında çıxarılan bəzi qərarların icrası, İran-Azərbaycan müştərək şirkətləri yolu ilə yeni bazarlara çıxış, təhsil və turizm sahəsində əməkdaşlıqların edilməsi və Təbriz neftayırma zavodunun məhsulu olan mazutun satışı üçün lazımi zəminlərin hazırlanması barədə razılığa gəliblər.
Bu iclasda həmçinin, qərara alındı ki, qarşıdan gələn bir ay yarım ərzində Azərbaycanlı heyət Təbrizə səfər etsin və əldə edilən anlaşmaların icrası ilə bağlı məsələlər, yekunlaşdırılsın.