Əliyev: Vəziyyət xeyli dəyişib
Noy 08, 2015 13:32 Asia/Baku
-
Əliyev: Vəziyyət xeyli dəyişib
Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini qeyd edib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Əliyev Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğulayıb, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin önəmini qeyd edib.
Teqlər