ABŞ: Azərbaycanın vəziyyəti pisləşib
https://azeri.sahartv.ir/news/azərbaycan-i199390-abŞ_azərbaycanın_vəziyyəti_pisləşib
ABŞ Konqresi Azərbaycan Respublikasında insan haqları sahəsində vəziyyətin getdikcə pisləşməsini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2015 13:33 Asia/Baku
  • ABŞ: Azərbaycanın vəziyyəti pisləşib
    ABŞ: Azərbaycanın vəziyyəti pisləşib

ABŞ Konqresi Azərbaycan Respublikasında insan haqları sahəsində vəziyyətin getdikcə pisləşməsini bildirib.

Azərbaycanda insan hüquqları ilə bağlı dinləmədə çıxış edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar deyib ki, Azərbaycanda təqiblərin hökümətə nə fayda verdiyini anlamır.
Keçmiş səfirin fikrincə, Amerika hökümətinin Azərbaycana qarşı etinadsızlq göstərməsi ölkədə vəziyyəti ağırlaşdırar və onu Rusiyaya daha yaxın edə bilər.
Konqresdə çıxış edən Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali isə Azərbaycandakı mühitin vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatlarının əleyhinə çevrildiyini deyib.