Bakıda Höccətülislam vəlmüslimin Mövlayinin xatirəsinə mərasim keçirilib
Noy 09, 2015 09:26 Asia/Baku
-
Bakıda Höccətülislam vəlmüslimin Mövlayinin xatirəsinə mərasim keçirilib
Bakıda İranın tanınmış araşdırmaçısı Höccətülislam vəlmüslimin Adil Mövlayinin xatirəsinə mərasim keçirilib.
Bir qrup insan, alim və Qafqaz Müsəlmanları İdarəsi rəsmilərinin iştirakı ilə Bakıda iranlıların Əhli-Beyt (ə) hüseyniyyəsində keçirilən bu mərasimdə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam vəlmüslimin Ocaqnejad Höccətülislam vəlmüslimin Adil Mövlayinin dəyərli xidmətləri, xüsusilə də Qafqadakı dini alimlər üzrə araşdırmasını açıqlayıb.Höccətülislam vəlmüslimin Ocaqnejad Azərbaycan Respublikası və Qafqaz regionunun dini alimlərindən 100 nəfərin tərcümeyi-halı, Qafqazın şiə və sünni müctehidlərinin həyatı ilə bağlı kitabın 2 cilddə çapa hazırlanması, Azərbaycan Respublikasında imamzadələr və seyidlərin sənədlərinin toplanması, Quran-Kərim və Nəhcül-Bəlağənin azərbaycancaya tərcümə olunmasına nəzarətin edilməsi və şeyxülislamların tarixi kitabının hazırlanması üzrə səyin göstərilməsini Höccətülislam vəlmüslimin Adil Mövlayinin Qafqaz bölgəsindəki xidmətlərindən adlandırıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev də bu mərasimdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin İran xalqı və rəsmilərinə başsağlığını bildirərək Höccətülislam vəlmüslimin Mövlayini xalis və güclü araşdırmaçı olaraq yad edib və deyib: Onun Qafqaz regionu, xüsusilə də bu bölgənin 100 dini aliminin tərcümeyi-halı barədəki kitabı yazması üzrə yorulmaz səyləri heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Bu mərasim mərhum Höccətülislam vəlmüslimin Adil Mövlayinin şəxsiyyəti barəsində bir neçə Azərbaycan Respublikası ruhanisinin çıxışı, həmçinin Əhli-Beytin (ə) mədhində şairlərin şer oxuması ilə davam edib və Həzrət İmam Səccadın (ə) şəhadətinin ildönümü günü ilə bağlı əza mərasimi ilə sona çatıb.
Mərhum Höccətülislam vəlmüslimin Adil Mövlayi Ərdəbilin tanınmış alimlərindən biri idi. O Rical elmində (alimlərin və rəvayətçilərin kimliyini və şəxsiyyətini öyrənən elm) xüsusi məharətə malik idi. O Azərbaycan Respublikasında 7 il olduğu müddətdə bu sahə üzrə dəyərli xidmətlər göstərmiş və mübarək Ramazan ayında ürəyəyatan çıxışları ilə Azərbaycan Respublikası vətəndaşları arasında xüsusi sevgini əldə etmişdi. Bu tanınmış alim Qum şose yolunda avtomobil qəzasında fani dünya ilə vidalaşdı və İlahi dəvətə "ləbbeyk" dedi.
Teqlər