Əli Həsənov: “Azərbaycanda söz azadlığı tam təmin olunub”
Noy 12, 2015 14:48 Asia/Baku
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Azərbaycanda söz və ifadə, toplaşmaq, siyasi fəaliyyət azadlığı tam təmin olunub”.
APA-nın məlumatına görə, “Konstitusion hüquq və azadlıqların təmin olunmasında” mövzusunda keçirilən konfransında çıxış edən Əli Həsənov deyib: “Konstitusiyanın hüquq və normaları əksini tapıb, bu prinsip və normalar Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını, milli azlıqlar və qruplar arasında münasibətləri tənzimləyir.Azərbaycan prezidentinin köməkçisi qeyd edib: “Ötən 20 il ərzində bu sahədə hər hansı ciddi problem yaşanmasının şahidi olmamışıq. Azərbaycanda söz və ifadə azadlığı, toplaşmaq, siyasi fəaliyyət azadlığı, insanların seçilib-seçilmək hüququ tam təmin olunub”.