Azərbaycanın əsas ticarət şəriklərinin siyahısı yayımlanıb
Noy 23, 2015 09:47 Asia/Baku
-
Azərbaycanın əsas ticarət şəriklərinin siyahısı yayımlanıb
Azərbaycan Dövlət Kömrük Komitəsi bu ölkənin əsas ticarət şəriklərinin siyahısını yayımlayıb.
Azərnyus-un verdiyi məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi bazar günü bildirib ki, cari ilin yanvarından oktyabr ayına olan müddət ərzində İtaliya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard 380 min dollar olub. Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət şəriki olub.Növbəti sıralarda isə Almaniya, Rusiya, Türkiyə və Amerika dayanır.
Almaniya, Rusiya, Türkiyə və Amerika Azərbaycanın xarici ticarət dövriyyəsində ümumilikdə 45.46%-lik paya malikdirlər.
Həmçinin, Azərbaycanın ən böyük ixracatı İtaliyaya olub.
Teqlər