Ramil Usubov: Nardaran əməliyyatı prezidentin göstərişi əsasında olub
Dek 03, 2015 06:45 Asia/Baku
-
Ramil Usubov: Nardaran əməliyyatı prezidentin göstərişi əsasında olub
Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubov deyib ki, Nardaran əməliyyatı və Müsəlman Birliyi Hərəkatı sədrinin həbsi prezident İlham Əliyevin əmri əsasında olub.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının daxili işlər naziri bildirib ki, Müsəlman Birliyi Hərəkatının məqsədi, Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub: Ona görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu “cinayətkar” silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan qanunlarına tabe olmaları üçün ciddi tədbirlər görülsün. Bu tədbirlər görülməyə başlandı.Ramil Usubovun sözlərində iddia olunur: “İlk tədbir zamanı silahlı müqavimət oldu, Nardaran qəsəbəsində daxili işlər orqanları əməkdaşlarına qarşı avtomat və qumbaralar işlədildi".
Ramil Usubovun sözlərinə görə, noyabrın 26-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nardaranda xüsusi əməliyyat keçiriblər: "Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 2 polis olmaqla, 7 nəfər hadisə zamanı həyatını itirib".