Təbrizdə Azərbaycan konsulluğu önündə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i200650-təbrizdə_azərbaycan_konsulluğu_önündə_aksiya_keçirilib
Yüzlərlə nəfər Təbriz şəhərində Azərbaycan Respublikasının Nardaran qəsəbəsində dindarların qırğın edilməsinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 14:46 Asia/Baku
  • Təbrizdə Azərbaycan konsulluğu önündə aksiya keçirilib
    Təbrizdə Azərbaycan konsulluğu önündə aksiya keçirilib

Yüzlərlə nəfər Təbriz şəhərində Azərbaycan Respublikasının Nardaran qəsəbəsində dindarların qırğın edilməsinə etiraz olaraq, aksiya keçirib.

İRİB-nin bu günə olan məlumatına görə, Azərbaycanın Təbrizdəki Konsulluğu önündə piket keçirənlər rəsmi Bakının dindarlara qarşı repressiyalarını pisləyiblər.

26 noyabr tarixində Azərbaycan polisinin Nardaran qəsəbəsində dindarlar ilə toqquşması 5 nəfərin ölməsinə və 18 nəfərin yaralanmasına səbəb olub.

Nardaran qəsəbəsi Bakının 30 km şimal-şərqində yerləşir.