MTN-də 250 nəfər işdən çıxarılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i200670-mtn_də_250_nəfər_işdən_çıxarılıb
Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2015 10:33 Asia/Baku
  • MTN-də 250 nəfər işdən çıxarılıb
    MTN-də 250 nəfər işdən çıxarılıb

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.

Mədət Quliyev MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.

M. Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, Milli Təhlükəsizlik Nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

O həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.