Nigeriya şiələrinin qətliamına reaksiyalar davam edir
Azərbaycan Respublikası İslam partiyasının Qadınlar Şurasının sədri Nigeriyada şiələrin qətliamını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Növrəstə İbrahimova deyib: Amerikanın muzdlularının pis əlləri ilə baş verən bu cinayətdə məqsəd Nigeriyada vəhhabiliyi genişləndirmək və islamçılığın, xüsusilə də şiəlik məktəbinin genişlənməkdə olan prosesi ilə mübarizədir.
Növrəstə İbrahimova əlavə edib: Bütün azad insanlar bu dəhşətli cinayətə reaksiya verməlidirlər. Onların məzlum şiələrin kütləvi qırğını qarşısında sükutu əslində zalımların zülmünə dəstəkdir.
AİP Qadınlar Şurasının sədri deyib: Müsəlmanlar sayıq olmalıdırlar. Müsəlman bacı və qardaşlar bu cinayətlər qarşısında sükut etməməlidirlər ki, bu əməldə əsla Allahın razılığı yoxdur.
İlahiyyatçı ekspert həmçinin əlavə edib: Əsil mömin odur ki, zalımların zülmü qarşısında sükut etməsin və İmam Hüseyn (ə) kimi haqqı müdafiə yolunda öz canı, malı və övladlarından keçsin.