Əliyevin göstərişilə Azərbaycan dəmir yolu İrana qovuşur
-
Əliyevin göstərişilə Azərbaycan dəmir yolu İrana qovuşur
Azərbaycan Respublikasının nəqliyyat naziri İlham Əliyevin Azərbaycan dəmir yolunun İran sərhədinə qovuşması üzrə göstərişindən xəbər verib.
IRIB-nin məlumatına görə, Ziya Məmmədov sahilyanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclasının mətubat konfransında deyib: Azərbaycan Respublikasının prezidenti bu ölkənin dəmir yolu xətlərinin sürətli inşası haqda göstəriş verib və bizim hədəfimiz, asayişlə yanaşı olan təhlükəsiz bir nəqliyyatın yaradılmasıdır ki, nəqliyyatın müxtəlif sektorları, xüsusən dəmir yolu vasitəsilə yaranmış olsun.
O, Azərbaycan Respublikasında tranzit üzrə koordinasiya şurasının yaradıldığını bildirərək, əlavə edib: Azərbaycanın idarə təşkilatlarına göstəriş verilibdir ki, dəmir yolu nəqliyyatı və digər nəqliyyat yollarından istifadə üçün rəqabətə uyğun tariflər tətbiq olunsun.
Məmmədov deyib: Azərbaycan Aktau və Türkmənbaşı limanları arasında nəqliyyat sahəsində bir çox addımlar atıbdır və Bakı limanında da logistik liman açmağa hazırıq.
O, sonra deyib: Son zamanlar Bakı limanının ikinci terminalı işə salınıb. Eyni zamanda, bu limandakı platformaların genişləndirilməsilə Bakı limanının boşaltma və yükləmə tutumu ildə on milyon tonadək artacaq ki, yüz min konteynerə xidmətlər göstərə bilər.
Məmmədov söyləyib: Tehran iclasında beş ölkə arasında nəqliyyat sahəsilə bağlı problemlər sistematik surətdə araşdırıldı və xəzəryanı ölkələrin dövlət və xalqlarnın diqqət mərkəzində duran mövzular vardır.
O, əlavə edib: Bu iclasın yekun bəyanatında Xəzər dənizi ölkələrinin həmkarlıqları haqda razılaşmalar əldə olundu ki, yük və sərnişin sahələrindəki nəqliyyat xidmətləri daha da artmış və nəqliyyatın keyfiyyəti yüksəlmiş olsun.
Azərbaycan Respublikasının nəqliyyat naziri şimal-cənub koridorunu sahilyanı ölkələrin ən mühüm layihələrindən adlandırıb və belə deyib: Bu dəhlizin yaradılması barədə on ildən çox müzakirə olundu ki, qərar üzrə İran və Azərbaycan Respublikasının dəmir yol xətləri iki ölkə sərhədində bir-birinə qovuşmalı idi. Həmçinin qərara alınıb ki, iki ölkə sərhədindəki Astaraçay körpüsü əlli faizlik birgə investisiya formasında onlar tərəfindən inşa olunsun.
O, İran sərhədinə qovuşmaq üçün Azərbaycanın təqribən 8-8,5 kilometrində sərhədə doğru dəmir yolunun çəkilməli olduğunu bildirərək, deyib: Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişilə qərara alınıb ki, bu ölkənin dəmir yolunun İranla sərhəddə Astaraçay körpüsünə qovuşması üçün lazımi kreditlər ayrılsın.
O, əlavə edib: Astaraçay körpüsünün salınması ilə yük bu körpü üzərindən vaqon vasitəsilə yük maşınına köçürüləcək və şimal-cənub koridorunun inşası ilə bu istiqamətdə yük yerdəyişməsi həcmi 10-15 milyon ton artacaq.
Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclası İranın yol və şəhərsalma nazirinin, eləcə də iran, Azərbaycan Respublikası, Qazaxıstan, Rusiya və Türkmənistan nazirləri və nümayəndələrinin iştirakı ilə çərşənbə günü Tehranda keçirildi.
Bu iclasda Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, Qazaxıstanın Hava Yolları Təşkilatının sədri Bekin Seyid Axmetov, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Türkmənistan yol və nəqliyyat nazirinin müavini Anadurdı Kasayev, həmçinin İranın yol və şəhərsalma nazirinin beynəlxalq məsələlər üzrə müavini Əsğər Fəxriyye Kaşan, İran Limanlar və Dənizçilik Təşkilatının sərəncamçı müdiri və nazir müavini Məhəmməd Səidinejad, ölkənin Hava Yolları Təşkilatının sədri və nazir müavini Əli Abidzadə, həmçinin Yol Məsələləri və Şose Yolu Nəqliyyatı Təşkilatının sədri və nazir müavini Davud Keşavərziyan iştirak ediblər.
Bu iclasın hazırlıq yığıncaqları bazar ertəsi və çərşənbə axşamı günləri İranın Yol və Şəhərsalma Nazirliyində təşkil olunmuşdu.
Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin ikinci iclası ötən ilin iyul-avqust aylarında Həştərxanda keçirilmişdi.