Yan 14, 2016 11:48 Asia/Baku
  • Azərbaycan rəsmiləri Nardaran qəsəbəsinə baxış keçiriblər
    Azərbaycan rəsmiləri Nardaran qəsəbəsinə baxış keçiriblər

26 noyabr hadisəsindən təxminən 2 ay sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Nardaran qəsəbəsində olub.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Mübariz Qurbanlı çərşənbə günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ilə birlikdə Nardaranda Bibi Rəhimə ziyarətgahında olduqdan sonra bu kənd sakinləri ilə görüşüb və danışıblar.

Bu məlumata görə, Azərbaycan Respublikası rəsmiləri bu görüşdə qeydiyyata düşməyən məscidlərin fəaliyyətinin qadağan olduğunu bildirərək Azərbaycan Respublikası prezidenti İlham Əliyevin din siyasətlərini tərifləyiblər.

Azərbaycan Respublikası rəsmilərinin prezident İlham Əliyevin din siyasətləri ilə bağlı açıqlaması elə bir haldadır ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaran hadisəsindən sonra, Azərbaycan Respublikası bayrağından başqa istənilən islam bayrağı və simvolunun bu ölkədə qadağan olduğunu bildirib.

Ötən il 26 noyabrda Azərbaycan Respublikası təhlükəsizlik qüvvələrinin Bakı şəhərinin Nardaran qəsəbəsində dindarlara hücumunda Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə və onlarla islamçı həbs olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının 9 milyondan çox əhalisi vardır. Onların 85%-dən çoxunu şiələr təşkil edir.

Teqlər