Elşən Mustafaoğlunun həbs müddəti daha 5 ay uzadıldı
-
Elşən Mustafaoğlunun həbs müddəti daha 5 ay uzadıldı
Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına baxılıb.
Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Bu barədə FaktXəbər-ə məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E.Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.
Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
- See more at: http://islamazeri.az/elsen-mustafaoglunun-hebs-muddeti-daha-5-ay-uzadildi--30164.html#sthash.v2Kx0DJ2.dpuf