İran İslam İnqilabı mühüm tarixi hadisədir
Fev 08, 2016 11:35 Asia/Baku
-
İran İslam İnqilabı mühüm tarixi hadisədir
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Aydın Mirzəyev İslam İnqilabını böyük və mühüm tarixi hadisə adlandırıb.
Aydın Mirzəyev Səhər telekanalının Bakıdakı müxbiri ilə müsahibədə əlavə edib: Bu inqilab İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə İranda islami dəyərləri bərpa etdi, bu ölkənin dayaqlarını möhkəmlətdi və biz bu gün İranın dünyadakı qüdrətinin şahidiyik.
Azərbaycan Respublikası Milli Məclisinin bu üzvü inqilabın təsirinə də işarə edib və belə deyib: Bu inqilab region və dünya səviyyəsində təsirli olub və bu gün İranın irəliləyişi heç kəsə gizli deyildir.