Qarabağ münaqişəsinin həlli üçün müzakirələr sürətləndirilməlidir
-
Qarabağ münaqişəsinin həlli üçün müzakirələr sürətləndirilməlidir
ABŞ-ın Bakıdakı səfiri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müzakirələrin sürətləndirilməsini zəruri adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Robert Sekuta Xocalının hüquqlarını müdafiə edən gənclərlə görüşdə Qarabağ münaqişəsinin həlli müzakirələrinin sürətləndirilməsini vurğulayıb.
Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərnin iki ölkə arasındakı ixtilafların həlli üzrə səylərini vurğulayaraq əlavə edib: Gərginliklərin azaldılması istiqamətində tərəflərin təmkin və güzəşti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası və Ermənistan arasında Qarabağ üzərindəki münaqişə 1988-ci ildə başlanıb.
1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs bərqərar olunsa da, lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi indiyə qədər nəticə verməyib.