Azərbaycan qeyri-neft məhsullarının ixracını təşviq edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i209674-azərbaycan_qeyri_neft_məhsullarının_ixracını_təşviq_edir
Azərbaycan Respublikası prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 16:16 Asia/Baku
  • Azərbaycan qeyri-neft məhsullarının ixracını təşviq edir
    Azərbaycan qeyri-neft məhsullarının ixracını təşviq edir

Azərbaycan Respublikası prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

"APA- "nın xəbərinə görə, fərmanda deyilir ki, görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmayıb.

Fərmana əsasən, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.