Mart 11, 2016 12:34 Asia/Baku
  • İranın sərhəd qoşunları komandanı Azərbaycan Respublikası prezidenti ilə görüşüb
    İranın sərhəd qoşunları komandanı Azərbaycan Respublikası prezidenti ilə görüşüb

İran İslam Respublikasının sərhəd qoşunları komandanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb.

Bu görüşdə Azərbaycan Respublikası prezidenti iki ölkənin sərhəd qoşunlarının əlaqələrini tarixi əlaqələr adlandırıb və deyib ki, bu əlaqələr bu gün də keçmişdəkindən daha geniş surətdə davam etdirilməlidir.

O, hər iki ölkənin daxilində heç bir təhlükəli təhdidin olmadığını bəyan edərək, belə qeyd edib: Hər iki ölkənin sərhədçiləri sərhədləri elə qorumalıdırlar ki, heç bir digər amil iki tərəfin sərhədlərində mövcud olan təhlükəsizliyi təhdid etməsin.

İlham Əliyev deyib: Əlbəttə, başqalarının sərhədləri keçmələri ilə mübarizədə iki tərəfdə yaxşı fəaliyyətlər həyata keçirilib və bu həmkarlıqlar genişləndirilməlidir.

İranın sərhəd qoşunları komandanı general Rezayi də bu görüşdə İranın narkotik maddələr qaçaqmalçılığı ilə mübarizəsi haqda hesabat təqdim edərək, deyib ki, İslami İran həmişə ölkələrin təhlükəsizlikləri üçün narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xəttində yerləşib və İranın və digər region ölkələri gənclərinin narkotik maddələr tələsinə düşmələrinə icazə verməyəcəkdir.

Teqlər