Apr 04, 2016 18:56 Asia/Baku
  • AİP-in sədr əvəzi: “Əsgərlərimiz göstərdilər ki, işğal olunmuş torpaqları geri qaytarmağa qadirik”
    AİP-in sədr əvəzi: “Əsgərlərimiz göstərdilər ki, işğal olunmuş torpaqları geri qaytarmağa qadirik”

Azərbaycan İslam Partiyasının sədr əvəzi deyib: “Əsgərlərimiz göstərdilər ki, işğal olunmuş torpaqları geri qaytarmağa qadirik”

FaktXeber.com Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyevdən Azərbaycan Respublikası əsgərlərinə ruh yüksəkliyi vermək üçün nə kimi tövsiyələr verəcəyini soruşub.

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev Azərbaycan Respublikası əsgərlərində yüksək ruh üstünlüyü olduğunu bildirdi: «Onlar torpaqlarımızı öz qanları bahasına azad eləmək əzmindədirlər. Artıq bunu təkcə deməklə, danışmaqla deyil, əməldə göz qabağında sərgilədilər, bu günə kimi deyilən söhbətlərin üstündən qanları ilə xətt çəkdilər. Əməldə göstərdilər ki, işğal olunmuş torpaqları biz geri qaytarmalıyıq və buna da qadirik. Bu 2-3 gündə baş verən proseslər, canlarından keçən şəhidlərimiz sübut etdilər ki, nəinki bu yolu getməliyik, bəlkə də bu yolla qanlarından keçməklə torpaqlarımız azad olar. Bir neçə kəndin azad olunması açıq-aydın buna sübutdur».

Azərbaycan İslam Partiyasının sədr əvəzi Azərbaycan Respublikası xalqına, şəhidlərin ailələrinə başsağlığı verərək, sözlərinə belə davam etdi: «Şükürlər olsun ki, xalqımız bu meydana başucalığı ilə qədəm qoydu. Fəxr edirik ki, bizim Azərbaycanda bu cür igid övladlarımız var və lazım gələn məqamda öz qanlarından, canlarından keçməyə hazırdırlar».

Teqlər