May 20, 2024 13:01 Asia/Baku
  • İslam İnqilabının Aliməqam Rəhbərinin başsağlığı müraciəti

Bismillahir Rəhmanir Rəhim

İnna lillah və İnna iləyhi raciunDərin hüzn və təəssüf hissi ilə mücahid alim, bacarıqlı və çalışqan prezident, İmam Rzanın(ə) xadimi cənab höccətül-islam vəl-müslimin Hacı Seyid İbrahim Rəisi və onun əziz müşayiətçilərinin(Allah onlardan razı olsun) şəhadətə bənzər vəfatının acı xəbərini aldım.Bu xoşagəlməz hadisə xidmət edərkən baş verdi, istər prezident vəzifəsində olduğu qısa dövrdə istərsə də ondan öncə bu böyük və fədakar insanın fəaliyyəti tamaiylə və fasiləsiz olaraq xalqa, ölkəyə və islama xidmətə sərf oldu.Əziz Rəisi yorulmaq bilmirdi. Bu acı hadisədə İran xalqı, səmimi, ixlaskar və dəyərli bir dövlət xadimini itirdi. Onun üçün Allahın razılığına dəlalət edən xalqın razılığı və məsləhəti, hər şeydən üstün idi, məhz buna görə bəzi bədxahların tənələri və əziyyətləri, onun gecə gündüz işlərin inkişafı və islahı üçün həyata keçirdiyi səylərinə mane olmurdu. Bu ağır hadisədə Təbrizin sevimli və etibarlı imam cüməsi Höccətül-islam Ali-Haşim, mücahid və aktiv xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycanın inqilabçı və dindar valisi Malik Rəhməti kimi qabarıq şəxsiyyətlər, uçuş ekipajı üzvləri və digər müşayiətçilər ilahi rəhmətə qovuşdular.Mən beş günlük milli matəm elan edirəm və əziz İran xalqına başsağlığı verirəm. Konstitusiyanın 131-ci maddəsinə görə cənab Müxbir icra aparatının başçısı vəzifəsinə keçir və qanunvericilik və məhkəmə orqanlarının başçıları ilə birlikdə maksimum əlli günədək yeni prezidentin seçilməsinə şərait yaratsınlar.Sonda cənab Rəisinin əziz anasına və fəzilətli həyat yoldaşına və digər yaxınlarına, cənab Ali-Haşimin əziz atası başda olmaqla digər müşayiətçilərin ailələrinə səmim qəlbdən başsağlığı verir, onlara səbr, dünyasını dəyişənlərə ilahi rəhmət diləyirəm. Seyid Əli Xamenei

Teqlər