Apr 05, 2016 13:33 Asia/Baku
  • NATO Azərbaycan və Ermənistanı təmkinli olmağa dəvət etdi -Təhlil
    NATO Azərbaycan və Ermənistanı təmkinli olmağa dəvət etdi -Təhlil

Şimali Atlantik Alyansı NATO Azərbaycan Respublikası və Ermənistanı Qarabağda cəbhə bölgəsində təmkinli olmağa çağırıb.

NATO Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsinin həlli üçün hazırkı düşmənçilikdən uzaq qalmağa və ATƏT-in Minsk Qrupunun səy və müzakirələrinə etimad etməyə çağırıb.

NATO Qarabağ münaqişəsinin şiddətlənməsi, ön cəbhədəki qarşıdurmalar, Azərbaycan və Ermənistan hərbçilərinin tələfatının artması, eləcə də sivillərin həlak olması barədə nigaranlıq edərək bildirib: Bu bölgələrdə nisbi sakitliyi yaratmaq üçün atəşkəsə riayət etmək zəruridir.

Aprelin 2-nə keçən gecədən Qarabağda Azərbaycan Respublikası və Ermənistan arasındakı qarşıdurmaların tələfatı hələ də artmaqdadır və münaqişə tərəflərinin hər biri qarşı tərəfin verdiyi tələfat və xəsarətlə bağlı fərqli rəqəmlər göstərirlər. Halbuki bildirildiyinə görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən birtərəfli qaydada atəşkəsin elan olunmasından sonra, Ermənistan prezidenti Serj Sarkisyan da bildirib ki, İrəvan 1994-cü ildə elan olunan atəşkəsin yenidən bərqərar olunması və hərbçilərin öz bazalarına qayıtmasını dəstəkləyir.

Bununla belə müxtəlif bölgələrdə atışmanın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır.

Azərbaycan Respublikasının modern.az internet portalı aprelin 5-ə keçən gecə Azərbaycanın pilotsuz uçan aparatının hücumunda 6 erməni hərbçinin öldüyünü bildirib.

Qarabağ münaqişəsi tərəflərinin atəşkəsin yenidən pozulmasında bir-birlərini suçlamasını nəzərə almasaq, iki tərəf vahid bir məsələni vurğulayır ki, bu münaqişənin əsas səbəbi etnik ixtilaflardır. Bu da iki tərəf arasında ərazi ixtilafı ilə nəticələnmişdir. Atəşkəs sazişinin imzalanmasından 20 ilin keçməsinə baxmayaraq, Qarabağ münaqişəsi hələ də kül altındakı alov kimidir.

Bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişəni həll edə bilməmişlər. Hazırda bu münaqişə təxminən bir əsrin bir rübüdür ki, Azərbaycan və Ermənistanın siyasi, iqtisadi və ictimai potensiallarını problemlə üzləşdirmişdir.

Bu iki respublikada daxili tənqid və etirazlarla, İrəvan və Bakı daxili millətçi dairələr tərəfindən Qarabağ münaqişəsinin həllinə göz yummaqda və səhlənkarlıqda suçlanmışlar.

Bu vəziyyətin Azərbaycan və Ermənistanı daxili siyasi böhrandan xilas olmaq üçün yeni qarşıdurmanın başladan tərəf kimi elan olunmasına səbəb olduğu irəli sürülə bilər.

Bəzi siyasi dairələr, əsasən də qərb dairələri Qarabağ qarşıdurmalarının başlanmasının səbəbini xarici amilin müdaxiləsi kimi elan etməkdə maraqsız deyillər.

Bu medialar Qarabağ münaqişəsinin yeni qarşıdurmalarında xarici səbəbi Rusiya və Türkiyənin siyasi hərəkətlərində axtarırlar.

Bu dairələrin fikrincə, Türkiyə Rusiyanın Ukrayna, sonra isə Suriya böhranında qarşıdurmaya daxil olmasından sonra, bu dəfə Rusiyanı köhnə münaqişə olan Qarabağ münaqişəsində problemlə üzləşdirməkdə maraqsız deyildir.

Bununla belə Qarabağda ön cəbhədə müxtəlif səbəblər, o cümlədən Bakı və İrəvanın Qarabağ münaqişəsinə fərqli baxışların keçmişi qarşıdurmaların yenidən baş verməsində başqa təsiredici amili axtarmaq bir az qeyri-mümkün görünür. Hərçənd Qarabağda yenidən qarşıdurmaların başlanması ilə regional və beynəlxalq oyunçulardan hər biri bu münaqişənin prosesində təyinedici rolu oynamaqda maraqsız deyildir.

Rusiya xarici işlər naziri və ABŞ dövlət katibinin Qarabağda dəhşətli silahlı toqquşmaların dərhal dayandırılmasının vacibliyi barəsində verdikləri açıqlamalar da elə bu istiqamətdə dəyərləndiriləsidir.

Teqlər