Ali təhsilsiz keçmiş futbolçu Gürcüstanın növbəti prezidenti ola bilər
Gürcüstanın növbəti prezidenti, yəqin ki, keçmiş futbolçu və “Xalqın gücü” partiyasının icraçı katibi Mixeil Kavelaşvili olacaq.
Gürcü KİV-lərinin bildirdiyinə görə onun bu vəzifəyə namizədliyini “Gürcü arzusu” irəli sürüb.
Bununla paralel olaraq, Gürcüstanın “boz kardinal”ı hazırkı dövlət başçısı Salome Zurabişvilini ölkəyə xəyanətdə və “xarici güc”ü təmsil etməkdə ittiham edib."Mən Gürcüstan prezidentinin mövqeyinin böyük məsuliyyətini yaxşı dərk edirəm, xüsusən də indiki prezident bizim əsas sənədimizi - Gürcüstan konstitusiyasını təhqir edib və ona etinasız yanaşıb və bu gün də onu pozmaqda davam edir", - Kavelaşvili bildirib.
Keçmiş futbolçunun siyasi karyerası 2016-cı ildə başlayıb. “Gürcü arzusu” siyahısına görə, o, üç dəfə parlamentə seçilib. Eyni zamanda, onun qanunvericilik orqanının saytındakı “təhsil” rubrikası boşdur.