Azərbaycan MN: Ermənistan atəşkəsi pozur
https://azeri.sahartv.ir/news/azərbaycan-i214354-azərbaycan_mn_ermənistan_atəşkəsi_pozur
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ermənistan Qarabağda Azərbaycan silahlı qüvvələrinin mövqelərini müxtəlif silahlar, o cümlədən minaatanlarla atəşə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2016 10:36 Asia/Baku
  • Azərbaycan MN: Ermənistan atəşkəsi pozur
    Azərbaycan MN: Ermənistan atəşkəsi pozur

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ermənistan Qarabağda Azərbaycan silahlı qüvvələrinin mövqelərini müxtəlif silahlar, o cümlədən minaatanlarla atəşə tutub.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi əlavə edib: Ermənistan silahlı birləşmələri minaatan və pulemyotlardan istifadə edərək Qarabağda təmas xəttində Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar.

Azərbaycan ordusu da minaatanlarla bu hücumlara cavab verir və iki tərəf arasında atəşkəs pozulur.

Çərşənbə axşamı günü Qarabağda atəşkəsin bərqərar olunması üzrə razılığa baxmayaraq, təmas xəttində qarşıdurma davam edir.