Təmas xəttində meyitlərin döyüş meydanından çıxarılması davam etdirilir
Apr 09, 2016 12:04 Asia/Baku
-
Təmas xəttində meyitlərin döyüş meydanından çıxarılması davam etdirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı davam etdiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
Qeyd edək ki, dünən də meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçirilib.