Azərbaycan prezidenti İran bölməsi ilə yaxından tanış olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i214393-azərbaycan_prezidenti_İran_bölməsi_ilə_yaxından_tanış_olub
Azərbaycan Respublikası prezidenti XV Bakı Beynəlxalq Turizm Sərgisində İran İslam Respublikası bölməsi ilə yaxından tanış olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2016 13:29 Asia/Baku
  • Azərbaycan prezidenti İran bölməsi ilə yaxından tanış olub
    Azərbaycan prezidenti İran bölməsi ilə yaxından tanış olub

Azərbaycan Respublikası prezidenti XV Bakı Beynəlxalq Turizm Sərgisində İran İslam Respublikası bölməsi ilə yaxından tanış olub.

İRNA-nın məlumatına görə, İlham Əliyev bölmədə İran nümayəndələri ilə söhbətləşib.

XV Bakı Beynəlxalq Turizm Sərgisində 29 ölkə, o cümlədən İran İslam Respublikası, Hindistan, Bolqarıstan, İspaniya, Türkiyə, Çexiya, Serbiya, Monteneqro, Tailand, Xorvatiya, İndoneziya və Gürcüstandan 300-ə yaxın şirkət turizm potensiallarını sərgiləyir.

Bu sərgidə İran İslam Respublikasının bölməsi İranın Mədni İrs Təşkilatının təşkilatçılığı ilə Şərqi Azərbaycan, Gilan, Ərdəbil və Makı Azad Ticarət pavilyonlarından ibarətdir.