Əliyevin şimal-cənub dəhlizinin önəminə təkidi
-
Əliyevin şimal-cənub dəhlizinin önəminə təkidi
Azərbaycan Respublikasının prezidenti deyib ki, şimal-cənub dəhlizi iqtisadi, təhlükəsizlik və turizm cəhətdən xas önəmə malikdir.
IRNA-nın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şənbə günü bu ölkənin nazirlər kabinetinin iclasında həmin ölkənin ötən üç aydakı iqtisadi nailiyyətlərini şərh edərək, deyib: Bu müddətdə müxtəlif sahələrdə, xüsusən şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində böyük və səmərəli səylər göstərilib.
Əliyev Azərbaycan-İran-Rusiya üçtərəfli həmkarlıqlarını bu dəhlizin təkmilləşdirilməsi üçün mühüm adlandırıb və belə deyib: İran və Rusiya prezidentləri ilə görüşdə bu məsələni qaldırdıq və bu sahədə lazımi razılıq mövcuddur.
Azərbaycan Respublikası prezidentinin sözlərinə görə, bu nəqliyyat koridorunun təkmilləşməsilə həmin ölkə öz tranzit imkanlarını digər böyük ölkələrə təqdim edə bilər və Azərbaycan Respublikasının ümumi büdcəsi bu layihənin icrasından nəzərəçarpacaq mənfəət əldə edəcəkdir.
Əliyev əlavə edib: Şimal-cənub nəqliyyat dəhlizi layihəsinin icrası nəinki Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq, həm də şimali Avropa ölkələri, Pakistan və Hindistan arasında əlaqələrin qurulmasını mümkün edəcək, eləcə də Azərbaycan Respublikası ərazisi vasitəsilə yük daşınması həcmini diqqətəlayiq tərzdə artıracaqdır.