M.Qurbanlı: İslam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i220501-m.qurbanlı_İslam_dünyasında_vahid_təqvim_sistemi_tətbiq_olunmalıdır
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı deyib: Biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2016 07:43 Asia/Baku
  • M.Qurbanlı: İslam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır
    M.Qurbanlı: İslam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı deyib: Biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq.

İslam ölkələrində dini bayramların eyni gündə keçirilməsi ilə bağlı Türkiyədə bu yaxınlarda böyük bir toplantının keçirildiyini xatırladan M.Qurbanlı deyib ki, həmin tədbirdə bununla bağlı geniş müzakirələr aparılıb.

Onun sözlərinə görə, bu toplantıda dini bayramların eyni gündə keçirilməsi və vahid təqvim tətbiq edilməsi ilə bağlı razılığa gəlinib.

M.Qurbanlının sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyi ondan ibarətdir ki, islam dünyasında vahid təqvim sistemi tətbiq olunmalıdır: "Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Çünki bu cür ayrı-seçkilik və təqvim fərqləri bütövlükdə islamda gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, müzakirə mövzusudur. Müzakirə davam edir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək".