İran xurması Azərbaycanda iftar süfrələrinin bəzəyidir
-
İran xurması Azərbaycanda iftar süfrələrinin bəzəyidir
İran xurmasının Azərbaycan Respublikasında iftar süfrələrində xüsusi yeri var. Müsəlman azərbaycanlılar mübarək ramazan ayında iftar edərkən ağızlarını İran xurması ilə şirin edirlər.
Azərbaycanda İran xurmasına maraq bu xurmanın yüksək keyfiyyəti , çeşidli olması eləcə də münasib qiymətinə görədir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət atteşesi Məhəmməd İbrahim Təqizadə ildə İrandan Azərbaycana 8 milyon dəyərində 3 min 500 ton xurmanın ixrac olunduğunu bildirib və deyib: Azərbaycana ixrac edilən İran xurmaları "Məzafəti" , " Zahidi" və " Piyarəm"-dən ibarətdirlər ki Məzafəti xurmaya dünyada heç bir rəqib yoxdur. Piyarəm xurması üçün isə Azərbaycan Respublikası bazarında Ərəb ölkələri İranın rəqibləri hesab olunurlar.