Manat digər valyutalar qarşısında zəifləyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i226360-manat_digər_valyutalar_qarşısında_zəifləyib
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2016 05:59 Asia/Baku
  • Manat digər valyutalar qarşısında zəifləyib
    Manat digər valyutalar qarşısında zəifləyib

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 20-si ilə müqayisədə 0,2% artaraq 1,5724 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,2% möhkəmlənərək 1,7345 manat olub.

Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0245 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, Türkiyənin milli valyutası 0,6% artaraq 0,5124 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,08 manatdır. Beləliklə, funt sterlinq də 0,15%-lik bahalaşma nümayiş etdirib.