İran ilə Azərbaycan R. arasında bank əməkdaşlıqları asanlaşdırılır
-
İran ilə Azərbaycan R. arasında bank əməkdaşlıqları asanlaşdırılır
İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, iki ölkə arasında bank əməkdaşlıqlarının asanlaşdırılması İran prezidentinin Bakı səfərində araşdırılacaq.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin bu gün ISNA ilə müsahibədə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Bakıya səfəri proqramlarına toxunaraq, deyib ki, bu rəsmi səfər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvətilə həyata keçir.
İranın Azərbaycan Respublikasındakı səfiri əlavə edib: Səfərin ikinci günündə ikitərəfli görüşlərdən əlavə, İran, Azərbaycan Respublikası və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli iclas keçiriləcək.
İranın Azərbaycan Respublikasındakı səfirinin sözlərinə görə, nəqliyyat, elektrik köçürmə və Xəzər dənizi ilə bağlı məsələlər daxil olmaqla üçtərəfli iqtisadi proqramlar ətrafında fikir mübadiləsi aparılacaq.
İranın Azərbaycan Respublikasındakı səfiri həmçinin deyib: Tehran ilə Bakı arasında bank əməkdaşlıqları və bu əməkdaşlıqların asanlaşdırılması məsələsi mövcuddur və qərar üzrə bununla bağlı iki ölkə başçıları arasında müzakirələr həyata keçirilməlidir.
İran, Azərbaycan Respublikası və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli iclas 2016-cı il avqustun 8-də Bakıda keçiriləcək və təhlükəsizlik, Xəzər dənizinin hüquqi statusu, energetika və nəqliyyat məsələləri bu iclasın əsas mövzularını təşkil edir.