Uğursuz Türkiyə çevrilişində bəzi Azərbaycan R. hərbçilərinin əllərinin olması rədd olunub
-
Uğursuz Türkiyə çevrilişində bəzi Azərbaycan R. hərbçilərinin əllərinin olması rədd olunub
Azərbaycan Respublikası müdafiə nazirinin müavini dövlətin və ordunun ifratçı qrupların hərbçilərə təsir göstərmələrinin qarşısını almaq üçün dəqiq nəzaətə malik olmalarından xəbər verib.
APA-nın məlumatına görə, Kərim Vəliyev vurğulayıb: Dövlətçiliyin qorunması və silahlı qüvvələrin ali baş komandanına itaət kimi ideoloji təbliğat işləri Azərbaycan Respublikası hərbçilərini daxili və xarici ekstemizmin təsirlərindən mühafizə edir.
Vəliyev həmçinin bəzi Azərbaycan Respublikası hərbçilərinin uğursuz Türkiyə çevrilişində əllərinin olması haqdakı bəzi xəbərləri tamamilə əsassız adlandırıb.
Kərim Vəliyev türkiyəli müəllimlər və məsləhətçilərin Azərbaycan Respublikasındakı fəaliyyətlərinin 2000-ci ildən bəri dayandırılmasına toxunaraq, əlavə edib ki, bu ölkənin Türkiyədə təlim keçməkdə olan hərbçilərinin təlim prosesi dəqiq nəzarət altındadır və bu üzdən, azəri kursantları son Türkiyə hadisələri ilə əlaqəli bilməyə heç bir əsas yoxdur.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini Bakı və Ankaranın bütün sahələrdə, xüsusən hərbi sahədəki əməkdaşlığını iki ölkənin maraqlarına uyğun adlandırıb və belə deyib: Azərbaycan Respublikası və Türkiyə tərəfdən bu həmkarlığa xələl gətirmək üzrə hər cür cəhd və müdaxilənin qarşısı alınacaq.