Azərbaycanda idxal və ixracatın həcmində azalma var
https://azeri.sahartv.ir/news/azərbaycan-i230047-azərbaycanda_idxal_və_ixracatın_həcmində_azalma_var
Azərbaycan Dövlət Gömrük Komitəsi : Cari ilin ilk 6 ayında Azərbaycanın ticarət dövriyyəsi 28.05% azalaraq, 7 milyard 868 milyon dollara çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2016 09:35 Asia/Baku
  • Azərbaycanda idxal və ixracatın həcmində azalma var
    Azərbaycanda idxal və ixracatın həcmində azalma var

Azərbaycan Dövlət Gömrük Komitəsi : Cari ilin ilk 6 ayında Azərbaycanın ticarət dövriyyəsi 28.05% azalaraq, 7 milyard 868 milyon dollara çatıb.

Bu məlumata görə, azalma həm ixracatda, həm də idxalatda müşahidə olunub. 

Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatında İran-Azərbaycan iqtisadi əlaqələrinə də işarə edilib. Bu məlumata görə, Azərbaycanın xarici ticarət dövriyyəsindəki azalmaya rəğmən, İran və Azərbaycan arasındakı ticarət dövriyyəsi 66%-lik artımla yanaşı olub. 

Ekspertlər bildirirlər ki, Azərbaycan manatının devalvasiyası xarici ticarət dövriyyəsindəki azalmanın başlıca səbəbidir. Bu isə qonşu ölkələr ilə ticarət əlaqələrinin möhkəmləndirilməsini zəruri edir.