İranlı şahmatçılar Bakı Olimpiadasında uğurla çıxış edirlər
-
İranlı şahmatçılar Bakı Olimpiadasında uğurla çıxış edirlər
İranın kişilərdən ibarət yığma komandası dünən Bakıda keçirilən şahmat olimpiadasının 5-ci etapında Sloveniya şahmatçıları üzərində qələbə çalıb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının davamında İranın kişilərdən ibarət yığma komandası Sloveniya yığmasını 2.5 - 1.5 hesabı ilə məğlub edib. İranın qadınlardan ibarət yığma komandası da Hollandiya yığması ilə qarşılaşıb. Bu qarşılaşma 2.5-1.5 hesabı ilə Hollandiya yığmasının qələbəsi ilə başa çatıb.
Dünya Şahmat Olimpiadası cümə günü kişilərdən ibarət 182 və qadınlardan ibarət 142 komandanın iştirakı ilə Bakıda start götürüb. Ümumilikdə 176 ölkədən gəlmiş 2000-dən artıq şahmatçının rəqabət apardığı olimpiada 11 etapa malikdir və sentyabrın 14-nə kimi davam edəcək.