Azərbaycanda referendum keçirilir
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirilir.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək”.
Azərbaycan prezidenti və ailə üzvləri də səs verib.
Milli Şura 26 sentyabr referendumu ilə bağlı seçicilərə müraciət edərək, onları səsverməni boykot etməyə çağırmışdır.
Milli Şuranın boykot müraciətinde deyilir: Konstitusiyaya təkilf edilən dəyişikliklər onun özünə ziddir, başlıca məqsədi 23 ildir faktiki tətbiq edilən ailə hakimiyyətini qanuniləşdirməkdir.