Azərbaycan R. və Türkiyə müdafiə nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i236936-azərbaycan_r._və_türkiyə_müdafiə_nazirləri_görüşüblər
Azərbaycan R. və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsi barədə danışıqlar aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2016 15:00 Asia/Baku
  • Azərbaycan R. və Türkiyə müdafiə nazirləri görüşüblər
    Azərbaycan R. və Türkiyə müdafiə nazirləri görüşüblər

Azərbaycan R. və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıqların genişləndirilməsi barədə danışıqlar aparıblar.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan R. Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan xəbərdə bildirilir ki, bu respublikanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən "ADEX 2016" silah sərgisinə baxış keçirmək məqsədi ilə Azərbaycan R-a səfər edən Türkiyə müdafiə naziri Fikri İşıq ilə görüşüb, danışıqlar aparıb.

Bu görüşdə iki ölkə arasında hərbçilərin təlimi, hərbi-texniki əməkdaşlıqlar, ixtisaslaşdırılmış kadrlar üçün təlim kurslarının təşkil edilməsi, hərbi-müdafiə təcrübələrinin mübadiləsi  və digər məsələlər barədə danışıqlar aparılıb.

Azərbaycan R-nın müdafiə naziri həmçinin ADEX-2016 silah sərgisinə baxış keçirmək üçün Bakıya gələn Belarus və Serbiya müdafiə nazirləri ilə də görüşüb, danışıqlar aparıb.