Bakıda müdafiə sənayesi sərgisi keçirilir
Sen 27, 2016 15:41 Asia/Baku
-
Bakıda müdafiə sənayesi sərgisi keçirilir
34 ölkənin iştirakı ilə Bakıda müdafiə sənayesi sərgisi işə başlayıb.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, Bakıda keçirilən hərbi müdafiə sənayesi sərgisi "ADEX-2016"da silah və hərbi təchizatlar istehsal edən 216 şirkət öz məhsullarını nümayiş etdirir.
Bu sərgi 4 gün davam edəcək.
Bu beynəlxalq sərginin açılış mərasimində 19 ölkədən gəlmiş 25 yüksək səviyyəli heyət iştirak edib. İran Müdafiə Nazirliyi də bu sərgiyə 4 nəfərlik bir heyət göndərib.