Azərbaycan R-da keçirilən referendumda iştirak səviyyəsi 69.7% olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i236948-azərbaycan_r_da_keçirilən_referendumda_iştirak_səviyyəsi_69.7_olub
Azərbaycan R-da ölkə konstitusiyasına dəyişikliklə bağlı referendumda əhalinin 69.7%-i iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2016 16:21 Asia/Baku
  • Azərbaycan R-da keçirilən referendumda iştirak səviyyəsi 69.7% olub
    Azərbaycan R-da keçirilən referendumda iştirak səviyyəsi 69.7% olub

Azərbaycan R-da ölkə konstitusiyasına dəyişikliklə bağlı referendumda əhalinin 69.7%-i iştirak edib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir mətbuat konfransında deyib: Səsvermə haqqına malik 5 milyon 267 min 111 nəfərdən 3 milyon 673 min 29 nəfər referendumda iştirak edib.

M.Pənahov əlavə edib: Referendumun şəffaf və sağlam keçirilməsi üçün 33 ölkədən və 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi dəvət edilib. Həmçinin referenduma 53 531 yerli müşahidəçi nəzarət edib.

Vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması, parlamentin buraxılması forması, beynəlxalq və dövlətlərarası müqavilələrin imzalanması haqqı, bələdiyyələr üçün yeni səlahiyyətlər və vəzifələrin təyin edilməsi Azərbaycan R. Konstitusiyasına edilən əsas dəyişikliklər idi.

Bu referendum müstəqillik dövründə Azərbaycan R-da konstitusiyaya dəyişiklik üzrə 3-cü referendum sayılır. Bundan öncə 2002 və 2009-cu illərdə də konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilmişdi.