İranın Azərbaycan Respublikasındakı yeni səfiri Bakıya daxil olub
-
İranın Azərbaycan Respublikasındakı yeni səfiri Bakıya daxil olub
İranın Azərbaycan Respublikasındakı yeni səfiri Cavad Cahangirzadə bu gün səhər tezdən Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Ocaqnejad, eləcə də səfirliyin və digər iranlı orqanların bir qrup məsul şəxsi tərəfindən Bakı Beynəlxalq Hava Limanında qarşılanıb.
IRIB-nin Bakıdakı nümayəndəlik ofisinin məlumatına görə, o, Bakıya daxil olarkən IRIB ilə müsahibədə İran ilə Azərbaycan Respublikasının əlaqələrini mədəni, tarixi və dini ortaqlıqlar, eləcə də qonşuluq baxımından son dərəcə mühüm adlandırıb və belə əlavə edib: Son illərdə iki ölkə prezidentlərinin yeddi dəfə görüşməsi ilə siyasi əlaqələr səviyyəsi yaxşı yüksəlişə malik olub və iqtisadi sahədə də əlaqələrin yenilənməsi və gücləndirilməsinə ehtiyac duyulur.
Cahangirzadə söyləyib: Mövcud şərait həmkarlığın bütün sahələrdə davam etdirilməsi üçün münasib və iki tərəfin münasibətlərin gücləndirilməsi üzrə iradəsi möhkəmdir.
İranın Azərbaycan Respublikasındakı yeni səfiri ümidvarlıq edib ki, əməkdaşlıqların yeni dövründə əlaqələr keçmişdəkindən daha çox inkişaf edəcək, hər iki ölkə regionda yaxşı şəriklərə çevriləcək, həmçinin iki ölkənin siyasi və dini sahələrdəki qardaşlıq və dostluqları davam edəcəkdir.
Mohsen Pak Ayindən sonra İranın Azərbaycan Respublikasındakı səfiri vəzifəsini tutan Cavad Cahangirzadə İslam Şurası Məclisinin yeddi, səkkiz və doqquzuncu dövrlərində Urmiyyə əhalisinin nümayəndəsi olub. O, siyasi sosiologiya üzrə doktorluq dərəcəsinə malikdir.