Məşhur azərbaycanlı güləşçi “İŞİD”-in tərkibində öldürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i237209-məşhur_azərbaycanlı_güləşçi_İŞİd_in_tərkibində_öldürülüb
Güləş üzrə Azərbaycan R. yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2016 13:40 Asia/Baku
  • Məşhur azərbaycanlı güləşçi “İŞİD”-in tərkibində öldürülüb
    Məşhur azərbaycanlı güləşçi “İŞİD”-in tərkibində öldürülüb

Güləş üzrə Azərbaycan R. yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Lent.az-ın verdiyi məlumata görə,  Çamsulvara Çamsulvarayev, İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürüb. Çamsulvarayevin öldürülməsini İngiltərənin IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçi ilə bağlı açıqlama verib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar.