Putin: İrəvanda Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i240194-putin_İrəvanda_qarabağ_münaqişəsi_ilə_bağlı_kompromislər_müzakirə_olunub
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 10:16 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

“RİA Novosti”-nin məlumatına görə, bunu  jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.

V. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar: “KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik”.- Putin belə deyib.