Prezident İlham Əliyev: Xalq düzgün seçim edib
-
Prezident İlham Əliyev
İlham Əliyev deyib: Reallıqlar onu göstərir ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib: Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olub. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilib və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır”.
Prezidentin sözlərinə görə, bugünkü Azərbaycan reallıqları onu göstərir ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edib: “2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir”.