İlham Əliyev: Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakının mövqeyi dəyişməyəcək
-
İlham Əliyev: Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakının mövqeyi dəyişməyəcək
Azərbaycan Respublikasının prezidenti deyib ki, Qarabağ münaqişəsinin həlli üzrə rəsmi Bakının mövqeyi dəyişməyəcək.
Trend xəbər agentliyinin məlumatına görə, İlham Əliyev dünən Bakıda Azərbaycan Respublikasının istiqlaliyyətinin 25-ci ildönümü şənliyində BMT-nin Qarabağ münaqişəsinin həllinə göstərdiyi dəstəyə toxunaraq, deyib: Rəsmi Bakının əsas hədəfi, Qarabağ münaqişəsinin ictimai ədalət və beynəlxalq qanunlar əsasında həllidir.
İlham Əliyev həmçinin Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü tarixini və bu üzvlüyə 155 ölkənin lehinə səs verdiyini bəyan edərək, vurğulayıb ki, ölkəsi Qarabağ münaqişəsinin dinc həllini və Ermənistanla düşmənçiliyin aradan qaldırılmasını istəyir.
Azərbaycan Respublikasının Milli Məclisi xalqın istəyi ilə 1991-ci il avqustun 30-da fövqəladə bir iclasda Azərbaycan Respublikasının istiqlaliyyətinin elan olunmasının lehinə səs verdi. Bu istiqamətdə Azərbaycan Respublikasının Milli Məclisi həmin ilin 18 oktyabrında əksəriyyət səslə müstəqil Azərbaycan Respublikasının əsas qanununun ilkin mətnini qəbul etdi.
Elə həmin ilin 29 dekabrında bir referendum keçirildi. Referendumda belə bir sual qoyulmuşdu: Siz Azərbaycan Respublikası Milli Məclisinin istiqlaliyyətin elan olunması barədəki qərarı ilə razısınızmı? Azərbaycan Respublikası xalqı böyük əksəriyyətlə bu qanunla razılığını elan etdi.
1992-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi bu ölkənin dövlət himni və milli bayrağının təyini barədə qərar çıxardı və onu müəyyən etdi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan Respublikası milli hakimiyyətə malik müstəqil bir ölkədir və bu ölkənin xalqı hər il həmin günü qeyd edir.