Bakıda gülənçilərə qarşı əməliyyat
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Bakı şəhərində Nurçulara qarşı əməliyyat aparıblar
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Qaradağ rayonu Sahil və Lökbatan qəsəbələrində Türkiyənin hizmət hərəkatının başçısı Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat həyata keçirib.
Bu əməliyyatda nurçuların evlərinə basqın edilib onların mənzillərində dini kitab və jurnallar zəbt olunub.
Əməliyyatda Rizvan Həmidov , İlkin və Samir İbrahimov , Tərixanım İbrahimova və Qəndab Hüseynova polis tərəfindən saxlanılıblar.
Nurçuluq son illər ərzində Azərbaycan Respublikasında ən nüfuzlu ictimai və siyasi qruplardan birinə çevrilmişdir ancaq Ərdoğanla Fətullah Gülən arasında ixtilafların kəskinləşməsindən sonra Azərbaycanda da nurçuların nüfuzu qarşısında problemlər yaranıb.